Bakı. Trend:
Dünyanın ən populyar kriptovalyutası olan bitkoin bu həftədən başlayaraq ucuzlaşmasını davam etdirir.
Trend-in məlumatına görə, ucuzlaşmağa baxmayaraq bitkoin 9 min dollardan yuxarı həddə qalmaqda davam edir.
Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 0,29%, ucuzlaşaraq 9335 dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində artım qeydə alınıb. Belə ki, "Ethereum" 0,07% və ya 755,13 dollaradək, "Ripple" 1,03% (0,836 dollara qədər), "Bitcoin Cash" isə 0,36% (1650 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 441 milyard dollar təşkil edir və bunun 36 faizi bitkoinin payına düşür.