...

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb

İqtisadiyyat Materials 16 May 2018 17:32 (UTC +04:00)
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Culfa–Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Son illərdə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində ölkədə yüksək inkişafa nail olunub, aparılan islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı inkişaf üçün şərait yaradıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Hazırda respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr uğurla icra olunur.

Sərəncamda qeyd edilir ki, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti