...

Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası başa çatıb (FOTO)

İqtisadiyyat Materials 30 İyun 2018 21:19 (UTC +04:00)
Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən Baş qərargahında iyunun 28-dən keçirilən Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası bu gün başa çatıb.
Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası başa çatıb (FOTO)

Bakı. Trend:

Ümumdünya Gömrük Təşkilatının Brüsseldə yerləşən Baş qərargahında iyunun 28-dən keçirilən Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası bu gün başa çatıb. Bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə nümayəndə heyətimiz iştirak edib.

Bu gün sessiyada büdcə və maliyyə məsələlərinin müzakirəsi və Ümumdünya Gömrük Təşkilatına seçkilər keçirilib. Kunio Mikuriya yenidən Ümumdünya Gömrük Təşkilatının baş katibi, Enrike Kanonisə Gömrük Əməkdaşlıq Şurasının sədri seçilib.

Sevindirici haldır ki, Azərbaycan Respublikası 2018-2019-cu illər üçün yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

Gömrük Əməkdaşlıq Şurasının 132-ci sessiyası zamanı Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu il 12-14 iyun tarixlərində Azərbaycanda keçirilməsi ilə bağlı təqdimat olub və Azərbaycan haqqında xüsusi videoçarx nümayiş etdirilib.

Bununla da sessiya öz işini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti