...

ƏƏSMN-də son üç ayda 3500-dən çox vətəndaş qəbul edilib

İqtisadiyyat Materials 15 Avqust 2018 19:09 (UTC +04:00)
Son üç ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və struktur bölmələrinin məsul şəxsləri tərəfindən 3500-dən çox vətəndaş qəbul edilib.
ƏƏSMN-də son üç ayda 3500-dən çox vətəndaş qəbul edilib

Bakı. Trend:

Son üç ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və struktur bölmələrinin məsul şəxsləri tərəfindən 3500-dən çox vətəndaş qəbul edilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən vətəndaşların fərdi qaydada qəbul olunaraq, əmək və məşğulluq, pensiya-müavinət, sosial yardım, əlillik və digər aidiyyəti məsələlərlə əlaqədar müraciətlərinin operativ cavablandırılması təmin olunur.

Cari ilin may, iyun və iyul aylarında əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 390 nəfər vətəndaş fərdi qaydada qəbul edilib. Onlardan 170-i nazirlikdə, 220-si isə Mingəçevir, Şirvan və Lənkəran şəhərlərində qəbul ediliblər.

Eləcə də son üç ayda nazir müavinləri və aparat rəhbəri tərəfindən 375 nəfər, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbər vəzifəli şəxsləri tərəfindən 2742 vətəndaşın qəbulu həyata keçirilib.

Vətəndaşların müraciətlərində əksini tapan məsələlərlə bağlı aidiyyəti üzrə tədbirlər görülüb, sorğu xarakterli müraciətlərlə bağlı aydın və dolğun şəkildə izahatlar verilib.

Ümumilikdə isə son üç ayda ƏƏSMN-nin rəhbərliyi və struktur bölmələrinin məsul şəxsləri tərəfindən 3507 vətəndaş qəbul edilib.

Eyni zamanda, hər ay nazir tərəfindən ölkəmizin müəyyən olunmuş bir rayonunda ətraf rayonların sakinləri də əhatə olunmaqla qeyd olunan qaydada əvvəlcədən qəbula yazılmış vətəndaşlar fərdi qaydada qəbul edilirlər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin ölkənin şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən növbəti belə qəbul avqustun 17-də İsmayıllı rayonunda keçiriləcək. İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarından qəbula yazılmış 64 vətəndaş fərdi qaydada qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti