...

Cəlilabad-Masallı mənzilində 13,4 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

İqtisadiyyat Materials 10 Sentyabr 2018 11:51 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.
Cəlilabad-Masallı mənzilində 13,4 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir.

QSC-dən Trend-ə verilən məlumata görə, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli materiallarla əsaslı təmiri aparılır.

Hazırda Cəlilabad-Masallı mənzilidə 13,4 kilometrlik yolun əsaslı təmir işləri icra olunur. Təmir işlərini 5 saylı “İDYM” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, bu mənzildə son əsaslı təmir işləri 1960-cı illərdə aparılıb. Dəmir yolunun perspektiv layihələrinə uyğun olaraq, bu istiqamətdə yolların hərəkətə tam yararlılığı zərurəti ortaya çıxıb.

Yaxın gələcəkdə hərəkətin intensivliyinin artacağını nəzərə alsaq, hal-hazırda görülən işlər böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti