...

“Avtolüks Azərbaycan” üçün satış müdiri tələb olunur

İqtisadiyyat Materials 10 Sentyabr 2018 13:03 (UTC +04:00)
“Avtolüks Azərbaycan” üçün satış müdiri (Avto satış üzrə) tələb olunur.
“Avtolüks Azərbaycan” üçün satış müdiri tələb olunur

Bakı. Trend:

“Avtolüks Azərbaycan” üçün satış müdiri (Avto satış üzrə) tələb olunur.

İş vaxtı qrafik üzrə müəyyən olunur.

Namizədə olan tələblər:

5 il müvafiq sahədə iş təcrübəsi;

Ali təhsil;

Rus dili biliyi;

İngilis-dili biliyi;

Yaş həddi 25-40.

Vəzifə öhdəlikləri:

Şirkətin satış planına uyğun olaraq tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;

İş vaxtının səmərəli istifadəsi məqsədi ilə iş yerində işçi heyəti və ya stajçılar üçün təhsil sisteminin tətbiqi və onların inkişafını planlaşdırmaq;

İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;

Nümayış salonlarında SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) normalarına riayət olunmasını təmin etmək;

Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;

Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;

Satış departamentinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;

Satış departamentinin yeni işçiləri üçün adaptasiya planı hazırlamaq və onun icrasına nəzarət etmək;

Şirkətin qəbul etdiyi formada büdcə hesabatlarının hazırlanmasına nəzarət etmək və büdcəni idarə etmək;

İşçilərin yeni avtomobil modelləri barədə biliklərini müntəzəm olaraq yeniləmək;

İşçilərin müvafiq geyim normalarına riayət etmələrinə nəzarət etmək;

İşçilərin attestasiyasının keçirilməsində iştirak etmək;

İşçilərin məzuniyyət qrafiklərini tərtib etmək və aidiyyəti şəxslərlə razılaşdırmaq;

Əmək qanunvericiliyinə əsasən və təyin edilmiş qaydada həvəsləndirmə tədbirləri həyata keçirmək;

Qüvvədə olan əməkhaqqı formaları və sistemlərinə müvafiq olaraq işçilərin mükafatlandırılmasını təmin etmək;

Şirkətin satış və marketinq fəaliyyətini idarə etmək;

Müştərilər gəlməyən vaxtlarda məhsullar, satış texnikası, kommunikasiya bacarıqları və s. sahəsində əməkdaşların biliklərinin monitorinqini həyata keçirmək;

Avtomobil modellərin sifarişində iştirak etmək, qəbul olunma prosesini təşkil etmək, malı qəbul etmək və qaimələri imzalamaq (və ya hesabat aparmaq);

Malı müşayiət edən sənədin (sertifikat, pasport) olub olmadığını və etibarlılıq müddətini yoxlamaq, çatışmazlıqlar aşkar olunduqda aidiyyəti şəxslərə məlumat vermək;

İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;

İllik satış və təşviqat proqramı hazırlamaq;

Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış və xərclər barədə məlumatları təhlil etmək, digər zəruri maliyyə təhlilləri aparmaq;

Email : [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti