...

“Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib (FOTO)

İqtisadiyyat Materials 2 Oktyabr 2018 12:22 (UTC +04:00)
“Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib.
“Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində bu gün Bakıda “Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar” mövzusunda ictimai dialoq keçirilib.

Trend-in məlumatına görə, vətəndaş cəmiyyəti institutlarının təşkil etdiyi tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirdiyi yeniliklər diqqət mərkəzində olub.

İctimai dialoqda 30-dan çox ictimai birliyin nümayəndələri, aidiyyəti dövlət qurumlarının nümayəndələri, xarici və beynəlxalq təşkilatların üzvləri, o cümlədən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Asiya İnkişaf Bankı və Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri, ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru, Azərbaycan Respublikasının Prezindenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev vətəndaş cəmiyyəti institutlarının dövlət qurumlarının fəaliyyətində iştirakının təmin edilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, tədbirdə vətəndaşların daha çox maraq göstərdiyi daşınmaz əmlakın qeydiyyatı sahəsi, bu sferada tətbiq edilən yeniliklər ictimai təşkilatların müzakirə obyektidir.

İctimai dialoqda Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının müəyyən edilmiş formada iştirakı, ictimai məsləhətləşmələr və ictimai rəyin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir.

Görülmüş işlərin nəticəsində Komitə tərəfindən istifadəyə verilən 39 elektron xidmətin 26-sı daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Ümumilikdə komitənin elektron xidmətlərindən 804 minə yaxın istifadə olunub. Ölkədə ilk dəfə olaraq mülkiyyət üzrə çıxarışlar elektron formada verilir. Bununla da çıxarışların alınması prosedurları tam olaraq elektronlaşdırılıb. Belə ki, 3 prosedur 1 addımda həyata keçirilir. Hazırda 8 minə yaxın elektron çıxarış sahibi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti