Azərbaycan şirkətlərinin istehsalı olan məhsullar Türkiyə və Bolqarıstana ixrac olunacaq (FOTO)

Azərbaycan şirkətlərinin istehsalı olan məhsullar Türkiyə və Bolqarıstana ixrac olunacaq (FOTO)

Bakı. Trend:

Bakı Biznes Mərkəzində Azərbaycan məhsullarının tanıdılıması və “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlərə dair mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, 4-8 noyabr tarixlərində iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində səfərdə olub. Səfər barədə ətraflı məlumat verən nazir müavini bildirib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Şanxay şəhərində Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilionlarında təqdim olunub. Sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunub.

Diqqətə çatdırılıb ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti “Kəmər və yol ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi”, “Ticarət və investisiya” və “Qlobal ticarət və beynəlxalq logistika” forumlarında iştirak edib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu, Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo və “Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə görüşüb. Bu görüşlərdə Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində önəmi vurğulanıb, Azərbaycan-Çin iqtisadi əlaqələri və əməkdaşlıq perspektivləri barədə məlumat verilib.

Səfər zamanı həmçinin, Azərbaycan nümayəndə heyətinin rəhbəri, İqtisadiyyat naziri Şahin Mustafayev Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşərək Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıb, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzi Administrasiyasının rəis müavini Li Cinsonq ilə də görüşüb. Görüşdə Vayqaoçao Azad Ticarət Zonası, burada yaradılmış “vahid pəncərə” sistemi, tətbiq olunan qanunvericilik, gömrük, maliyyə və logistika xidmətləri, zonanın rezidentləri barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib, bu sahədə Çin təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Nazir Şahin Mustafayevin Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşündə isə “Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparılıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.

Səfər çərçivəsində AZPROMO və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin, “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.

Qeyd olunub ki, 7 noyabr tarixində Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Çinin ilk və ən böyük ticarət zonası olan Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzində (İTOC) “Azərbaycan Şərab Evi” açılıb. Bu, Azərbaycanın Çindəki sayca ikinci Şərab Evidir. “Azərbaycan Şərab Evi”ndə məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Burada yerli şirkətlərimizin istehsal etdiyi 120 çeşiddən çox üzüm və meyvə şərabları, spirtli içkilər, meyvə distillatları və s. nümayiş olunur. Çinin digər bölgələrində də Azərbaycan Şərab və Ticarət evlərinin yaradılması nəzərdə tutulur.

“Made in Azerbaijan” brendinin təşviqi Azərbaycan məhsullarının, xüsusi ilə də Çin bazarına ixracının artırılması məqsədilə görülən tədbirlərin davamı olaraq Şanxay Vayqaoçao Beynəlxalq Ticarət Əməliyyat Mərkəzinin “Direct İmported Goods” (“DİG”) marketlər şəbəkəsində Azərbaycan şərablarının və digər spirtli içkilərin satışına başlanıb.

Səfər çərçivəsində Azərbaycan məhsullarının Çin bazarında satışının artırılması məqsədi ilə “Greenland” şirkətinin “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonu açılıb. Burada Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. “Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək.

Mətbuat konfransında həmçinin, məlumat verilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə 12-18 oktyabr tarixlərində Monqolustanın Ulan-bator şəhərinə ixrac missiyası təşkil olunub. Şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkətinin iştirak etdiyi ixrac missiyası zamanı monqolustanlı iş adamları ilə ikitərəfli görüşlər keçirilib, ixrac məsələlərinə dair müzakirələr aparılıb.

23-27 oktyabr tarixlərində Azərbaycanın ixrac missiyası İstanbul şəhərində olub. Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkətin təmsil olunduğu missiya çərçivəsində məhsulların Türkiyəyə ixracına dair razılaşmalar əldə olunub.

6-9 noyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində səfərdə olmuş Azərbaycanın ixrac missiyasına daxil olan yerli şirkətlərimiz bolqarıstanlı həmkarları ilə görüşlər keçirib, Sofiyada “Interfood & Drink” sərgisini ziyarət edib, ölkənin aparıcı topdansatış və mağaza şəbəkələrində olublar. Missiyaya daxil olan Azərbaycan şirkətlərinin istehsal etdiyi nar, nar şirəsi, fındıq və digər məhsulların Bolqarıstana ixracına dair razılığa gəlinib.

Kubada xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb
Kubada xaricdən gələnlərin təcrid müddəti iki həftəyə qədər uzadılıb
Xorvatiyaya turist axını 40 faiz artıb
Xorvatiyaya turist axını 40 faiz artıb
Bu ilin birinci rübündə dünya aviaşirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib
Bu ilin birinci rübündə dünya aviaşirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib
Loading Bars
Xəbər lenti
Müəllimlər 25 il iş stajından sonra 100 faiz əməkhaqqı ilə təqaüdə çıxmalıdırlar - Ekspert
Azərbaycanda zəlzələ qeydə alınıb
Türkiyədə turist avtobusu qəzaya uğrayıb, ölənlər var
Azərbaycanda da insanların immunitetinə uyğun yeni bir ştamm yarana bilər - Ekspert
Zəngəzur dəhlizi bölgənin iqtisadi inkişafina ciddi təsir göstərəcək - Deputat
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni belə davam etdirir (FOTO/VİDEO)
Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması barədə məlumat həqiqətə uyğun deyil - MN
"Pallone düzəlişi"ni dəstəkləyənlər ABŞ-dakı erməni diasporu ilə əməkdaşlıqdan faydalanmağa çalışır – Metyu Brayza
Azərbaycan Türkiyəyə 400 milyon kubmetrdən çox qaz ixrac edib
Azərbaycanda qida məhsullarının istehsalı artıb
Qardaş Türkiyə bu problemin də öhdəsindən gələcək - Deputat
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub
Rusiyaya meyvə-tərəvəzin ixracı ilə bağlı qoyulan tələblər sahibkarlarla müzakirə olunub
40 kiloqramdan artıq heroin və metamfetaminin satışa çıxarılmasının qarşısı alınıb (FOTO/VİDEO)
Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb (FOTO/VİDEO)
"Lukoyl" yeni neft yatağında ehtiyatların qiymətləndirilməsinə başlayacaq
Türkiyə meşələri üçün tək ürək oldu
İş adamları üçün yeni imkanlar
"Taliban" Əfqanıstanda teleradio mərkəzini ələ keçirib
Xalq artisti Amaliya Pənahovanın barelyefi qoyulub (FOTO)
"AzerGold"un gəlirləri 7 faizə yaxın artıb
Avqustun 3-nə USD/AZN rəsmi məzənnəsi
“Fayton” restoranında yararsız məhsullar aşkarlanıb (FOTO)
Eldəniz Səlimov YAP-dan kənarlaşdırıldı
Azərbaycanın uğurlarını həzm etməmək müxalifətçilik yox, “düşmən dəyirmanına su tökmək”dir - Vüqar Rəhimzadə
Eldəniz Səlimovla əlaqədar Baş Prokurorluqda istintaq aparılır - DİN
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub
Eldəniz Səlimov vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham olunur
İşğaldan azad edilmiş ərazilərdə ötən ay 630 mina aşkarlanıb - ANAMA
Yardımlıda meşə yanğını başlayıb
“Azərbaycan Sənaye Korporasiyası” və Kanada təşkilatı arasında xüsusi əhəmiyyətə malik müqavilə imzalanıb
Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 431 nəfər koronavirusa yoluxub, 139 nəfər sağalıb
Ermənistanın yeni müdafiə naziri təyin olundu
Əlilliyi olan daha 71 şəxs və sağlamlıq imkanları məhdud uşaq müalicə mərkəzlərinə yola salınıb (FOTO)
Şabran sakininin üzərindən heroin, evindən isə silah tapıldı (FOTO)
Ağdaşda 99 nəfərlik restoranda 150 nəfərlik məclis keçirilməsinin qarşısı alınıb (FOTO)
Xaricdən və bir mərkəzdən təşkil olunan sözdə yardım kampaniyası dövlətimizi aciz göstərmək məqsədilə başladılıb - Fəxrəddin Altun
Çox şükür ki, Ağdam bərpa edilir və tezliklə Azərbaycan xalqının həyatına geri dönəcək - Amerikalı videobloqer
Avropada koronavirusa yoluxanların sayı 60 milyonu ötüb
Ən istedadlı gənclər “SƏHNƏDƏ”! (FOTO)
Müxtəlif adda dərman preparatlarının ölkəyə keçirilməsinin qarşısı alınıb
Ağstafanın Böyük Kəsik–Ağgöl avtomobil yolunun tikintisi ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Azərbaycan ekoloqlarından Türkiyəyə dəstək: Bütün imkanlarımızı səfərbər etməyə hazırıq
Bərpa olunan enerji mənbələri Avstriya və Azərbaycan arasında əməkdaşlıq üçün perspektivli sahədir - Nazirlik
İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq konfransda çıxış edib (FOTO)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Bərdədə keçirilib (FOTO)
Övladınızı Bakıdakı Britaniya Məktəbi tərəfindən təşkil olunan Yay Düşərgəsində qeydiyatdan keçirməyə tələsin
Daha 20 ölkədən Azərbaycana gediş-gəlişə icazə veriləcək (SİYAHI)
Şəhid və qazi ailəsindən olan 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib
Avtomobil sahibləri üçün Hesab.az-dan “Optimal KASKO” kampaniyası!
İranda ötən sutka koronavirusdan ölənlərin sayı 400-ü keçib
Koronavirus xəstələrindən rüşvət alan həkim barədə cinayət işi məhkəməyə göndərilib
Bakıda saxta COVID-19 pasportu verən tibb işçiləri istintaqa cəlb edildi (FOTO/VİDEO)
Ermənistanın yeni təyin olunmuş müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edildi
Azərbaycanda pul bazası il ərzində 20 faizdən çox artıb
Paşinyanın tərəfdaşını evində döyərək bıçaqlayıblar
STAR zavodu xam neft idxalını azaldıb
İƏT Gənc İş Adamlarının 7-ci Kazan Forumu keçirilib (FOTO)
AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırır
www.kobmarket.az onlayn satış portalında 50%-ə qədər endirim tətbiq olunacaq
Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə atəş açmasına görə məsuliyyət daşımalıdır – Amerikalı ekspert
Sabah 39 dərəcəyədək isti olacaq
Milli Məclisin İntizam komissiyası Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib (ƏLAVƏ OLUNUB)
Azərbaycanlı əsirlərə işgəncə vermiş ermənilər 20 il azadlıqdan məhrum ediliblər
Ötən ay banklara 461 milyon dollardan çox vəsait satılıb
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Azad olunmuş Azərbaycan ərazilərində 30 il ərzində yer üzündən silinmiş bir məkan gördüm - Fransalı deputat (FOTO/VİDEO)
Paşinyan baş nazir təyin edildi
Yol polisi sürücülərə ara məsafəsi ilə bağlı müraciət edib
Şamaxının yol infrastrukturu yenidən qurulur (FOTO)
IT sahəsində Azərbaycanla əməkdaşlıq ikitərəfli münasibətlərin prioritetidir - Rusiya Sənaye və Ticarət Nazirliyi
Keçmiş bələdiyyə sədrinin məhkəməsi başlayır
Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil - AZAL
Müdafiə naziri Ermənistanın təxribatına hazır olmağı və qarşısının dərhal alınmasını əmr edib
AccessBank tender elan edir
Kartmane ilə bütün turizm agentlikləri və hotellərdə 10% keşbek!
Azərbaycan vətəndaşları pandemiya dövründə istirahət üçün ən çox bu ölkələrə üz tutur
Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlandı
Unicapital səhmdarlarına 1,1 milyon manatdan çox dividend ödəyib
Füzulidə 100-dən çox şəxs toya buraxılmayıb
Yanğınla bağlı Azərbaycandan Türkiyəyə nümayəndə heyəti gedib
Bu gün Azərbaycan Kinosu Günüdür
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Son 6 ayda 8 yeni marşrut xətti yaradılıb
Abşeronda narkotik satışı ilə məşğul olan beş nəfər saxlanılıb
COVID-19 pasportu olmayanlar toya buraxılmayıb (FOTO)
Cənubi Qafqaz Boru Kəmərinin operatorluğunun bp-dən SOCAR-a ötürülməsi prosesi başa çatıb
Tarix müəllimi olmaq istəyən üç mindən çox namizəd imtahan verir
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Gələn həftədən peyvəndlə bağlı “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır
BANM məzunu 13 tanınmış xarici ali məktəbə qəbul olub
Əfqanıstanda aeroporta mərmi atılıb, uçuşlar dayandırılıb
Dövlət idarəetməsində çeviklik artıb və fərqli qurumlar bir-birinin fəaliyyətini tamamlayır - Deputat
Fəhlə dəzgahın içərisinə düşərək ölüb
Karantini pozan toy sahibləri cərimələnib, COVID pasportu olmayanlar geri qaytarılıb (FOTO/VİDEO)
Avqustun 2-də xarici valyutaların manata qarşı məzənnələri
Braziliyada koronavirusdan daha 464 nəfər ölüb
Rafiq Hüseynov və Elis Manolova Olimpiadada çıxış edib (ƏLAVƏ OLUNUB)
Bütün xəbərlər