Bakı. Trend:
Yeni inkişaf strategiyası çərçivəsində önəmli irəliləyişlər əldə edən Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank hər il müxtəlif nüfuzlu mükafatlarla təltif olunur. Ötən il olduğu kimi bu il də Bank “The Banker” maliyyə nəşri tərəfindən “İlin Bankı” mükafatına layiq görülüb. Təqdimetmə mərasimində mükafat PAŞA Bank adından İdarə Heyətinin Sədrinin müşaviri Turxan Mahmudova təqdim edilib.
“Financial Times” nəşriyyat qrupunun nəzdində fəaliyyət göstərən aparıcı beynəlxalq maliyyə nəşri “The Banker” jurnalı 1926-cı ildən etibarən dərc olunur. Mükafat sahiblərinin siyahısını tərtib edərkən jurnalın redaksiyası bankların maliyyə göstəriciləri ilə yanaşı, onların inkişaf strategiyaları və yeni metod və texnologiyaların tətbiqi sahəsindəki nailiyyətlərini də nəzərə alır.