...

Səfər Mehdiyev: Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində “donuz qripi” ilə bağlı xüsusi avadanlıq quraşdırılıb

İqtisadiyyat Materials 14 Yanvar 2019 14:02 (UTC +04:00)
Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində potensial “donuz qripi” daşıyıcılarının ölkəyə girişinin qarşısının alınması üçün xüsusi avadanlıq quraşdırılıb.
Səfər Mehdiyev: Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində “donuz qripi” ilə bağlı xüsusi avadanlıq quraşdırılıb

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycanın bütün nəzarət-buraxılış məntəqələrində potensial “donuz qripi” daşıyıcılarının ölkəyə girişinin qarşısının alınması üçün xüsusi avadanlıq quraşdırılıb.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

O deyib ki, DGK bu sahədə Səhiyyə Nazirliyi və müvafiq strukturlarla əməkdaşlıq edir:

“Biz bu sahədə yüksək nəticələr əldə etmişik. Azərbaycanda əhalinin təhlükəsizliyi və sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb və bu gün biz fəaliyyətimizi gücləndirilmiş rejimdə davam etdiririk”.

S.Mehdiyev əlavə edib ki, Azərbaycana “donuz qripi”nin daxil olmasının qarşısını almaq üçün dezinfeksiya işləri aparılır, eləcə də nəzarət-buraxılış məntəqələrində karantin zonaları müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti