...

Azərbaycanın yerli məhsulu olan “FAVO” Moskvada “Ən yaxşı məhsul - 2019” müsabiqəsində qızıl medalla təltif olunub (FOTO)

İqtisadiyyat Materials 18 Fevral 2019 12:02 (UTC +04:00)
Qida, içki və onların xammalının istehsalı üzrə hər il təşkil olunan, cari ilin 11-15 fevral tarixlərində isə 26-cısı keçirilən “Prodekspo-2019” sərgisində iştirak edən “Ulduz” Şokolad Fabriki özünün müxtəlif çeşidli məhsullarını sərgiləmək imkanı əldə edib.
Azərbaycanın yerli məhsulu olan “FAVO” Moskvada “Ən yaxşı məhsul - 2019” müsabiqəsində qızıl medalla təltif olunub (FOTO)

Bakı. Trend:

Qida, içki və onların xammalının istehsalı üzrə hər il təşkil olunan, cari ilin 11-15 fevral tarixlərində isə 26-cısı keçirilən “Prodekspo-2019” sərgisində iştirak edən “Ulduz” Şokolad Fabriki özünün müxtəlif çeşidli məhsullarını sərgiləmək imkanı əldə edib.

Azərbaycan qənnadı sektoru üçün uğur hesab oluna biləcək xəbər isə Rusiya Federasiyasında baş tutan tədbir çərçivəsində keçirilən “Ən yaxşı məhsul - 2019” müsabiqəsində fabrikin yeni istehsalı olan “FAVO” taxıllı batonlarının portağallı desert baton çeşidinin minlərlə rəqibini geridə qoyaraq qalib olması və qızıl medala layiq görülməsidir.

İstehsalçıdan verilən məlumata görə, “FAVO”nun bu mükafata layiq görülməsi onun birbaşa tərkibi ilə bağlıdır. Belə ki, sözügedən taxıllı məhsullar yerli istehsal üçün tamamilə yeni olmaqla yanaşı, həm də natural tərkibli hesab olunur. Tərkibindəki qarğıdalı partlağı, düyü partlağı, yulaf və ən əsası portağal qurusu sayəsində “FAVO” batonları həm ləzzətli, həm də doyumlu məhsullar kateqoriyasına girir. Bu məhsul yüngül qəlyanaltıtipli olmaqla yanaşı, həm də aktiv həyat tərzi keçirən və sağlam qidalanmaq istəyən insanlar üçün nəzərdə tutulub.

Qeyd edəki ki, hal-hazırda fabrikdə “FAVO”nun iki çeşidi – şokoladlı və portağallı batonları istehsal olunmaqdadır, lakin gələcəkdə yeni növ ləzzətlərin artırılması da planlaşdırılır.

Artıq 18 ildir ki, “Ulduz” Şokolad Fabriki ölkədə qeyri-neft sektorunun inkişafına, həmçinin ixrac potensialının artırılması ilə daxili iqtisadiyyata öz töhfəsini verməkdədir. Bu gün də müəssisə öz fəaliyyətini bu istiqamətdə uğurla davam etdirməkdədir, belə ki, sözügedən sərgi çərçivəsində fabrik Rusiya, Belarus, Əfqanıstandan olan yeni şirkətlərlə müqavilələr imzalayıb, bir neçə ölkə ilə isə danışıqları davam etdirməkdədir.

Məlumat üçün bildirək ki, “Prodekspo-2019” beynəlxalq sərgisində 69 ölkədən 2242 şirkət, Azərbaycandan isə 30-dan çox firma iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti