Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 2-5 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sərgidə 10 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edəcək.
Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.