...

Sabah bu ərazilərdə işıq olmaycaq

İqtisadiyyat Materials 1 Aprel 2019 17:42 (UTC +04:00)
“Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilir.
Sabah bu ərazilərdə işıq olmaycaq

Bakı. Trend:

Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.

Bu barədə Trend-ə "Azərişıq" ASC-dən məlumat verilib.

Qurum bildirir ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti