Bakı. Samir Əli - Trend:
74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində R.Behbudov və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 12-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.