"BP" və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

"BP" və tərəfdaşları strateji idarəetmə üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirir

Bakı. Trend:

"BP" və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “PETRONAS”, “Chevron”, “LUKOIL”, “NİCO”, “Equinor”, “INPEX”, “ExxonMobil”, “SGC”, “ITOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – bu gün Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən yeni sosial sərmayə layihəsinin başlanmasını elan etdilər. Bu layihə biznes idarəetmə təhsili üzrə cari tələbatı qarşılamağa və bu sahədə yerli təşkilatların rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək etmək üçün nəzərdə tutulub.

Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək ADA Universitetində təşkil olunmasını təmin edəcək. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb. Bu təlim proqramı dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən “TwentyEighty Strategy Execution” şirkəti ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurrikuluma əsaslanacaq.

Bu yeni Adaptiv Strateji İdarəetmə Proqramı ölkədə ilk dəfə olaraq qeyri-müəyyənlik və dəyişiklik baş verdiyi dövrlərdə təşkilatların öz hədəf və strateji məqsədlərinə doğru məqsədyönlü şəkildə irəliləməsi, rəqabətədavamlı və uğurlu fəaliyyətini davam etdirməsi məqsədilə bu cür dəyişikliklərə uyğunlaşa bilmələrinə kömək edəcək.

Layihə ABŞ-da yerləşən “TwentyEighty Strategy Execution” beynəlxalq təlim şirkəti tərəfindən ADA Universiteti ilə tərəfdaşlıq çərçivəsində yerinə yetiriləcək. Layihədə BP və tərəfdaşlarının beynəlxalq təhsil təcrübəsinin ötürülməsi modelinin davam etdiriləcəyi nəzərdə tutulur. Bu məqsədlə uzunmüddətli perspektivdə proqramın tam şəkildə yerli resurslar hesabına həyata keçirilməsi üçün beynəlxalq icraçı tərəfdaşla ilkin müddətdə tərəfdaşlığın qurulması nəzərdə tutulur. Layihədə qarşıya qoyulmuş əsas məqsədlərdən biri yerli təlimçilərə təlim verməklə dayanıqlı model çərçivəsində proqramın həyata keçirilməsini, habelə BP və tərəfdaşlarının maliyyələşdirdiyi ilkin dövrdən sonra da proqramın uğurla davam etdirilə bilməsini təmin etməkdir.

BP-nin Əlaqələr, Xarici İşlər və Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Təcrübə göstərir ki, biznes mühiti davamlı olaraq dəyişir və həmişə təşkilatların ətrafda baş verən dəyişikliklərə cəld reaksiya verməsinə zərurət yaranır. Bu istiqamətdə mühüm amillərdən biri də biznes rəhbərlərinin fəaliyyət göstərdikləri konteksti davamlı olaraq qiymətləndirmək və ona çevik şəkildə reaksiya vermək bacarığıdır. Bu yolla onlar öz rəqabət üstünlüklərini qoruyub saxlaya, planlarının və strategiyalarının uğurlu nəticələr verməsini təmin edə bilərlər. Biznes idarəetməsi üzrə bu yeni təhsil proqramının dəyişən biznes mühitində uğur qazanmaq üçün tələb olunan transformasiya yönümlü davranışlar, səriştələr və düşüncə tərzi formalaşdıracağını gözləyirik. Proqram məhz bu sahədə ölkədə potensialın yaradılmasına yardım edəcək və biz ölkədə bu potensialın yaradılması məqsədilə iki aparıcı universiteti - ADA Universitetini və Dyuk Universitetini bir araya gətirməkdən məmnunluq duyuruq”.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə dedi: “ADA Universiteti olaraq biz BP və tərəfdaşları ilə olan bu tərəfdaşlıqdan çox məmnunuq və inanırıq ki, bu tərəfdaşlıq şirkət rəhbərlərini cəlb etmək, onlara bazarda mühüm olan yeni səriştələr aşılamaq üçün bizim İxtisasartırma Təhsil proqramımıza yeni vasitələr təmin edəcək və Azərbaycanda potensialın yaradılması üzrə keçirilən proqramlarda universitetimizin aparıcı rolunu daha da möhkəmələndirəcək”.

Layihənin dəyəri 882 000 dollardan çoxdur və layihə müddəti iki ildir. İş həcmi 18 nəfərədək iştirakçıdan ibarət qrup üçün altı modul üzrə altı aylıq təlim proqramından ibarətdir. Ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Proqramı uğurla başa vuran iştirakçılara Dyuk Universitetinin Fuqua Biznes Məktəbinin sertifikatı veriləcək. Layihədə həmçinin iştirakçıların təhsil haqqı ödənişinə BP və tərəfdaşlarının dəstəyi nəzərdə tutulub.

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb
“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 25-ə çatıb
“MasterCard” kiçik və orta müəssisələrlə əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanla danışıqlar aparır - Erdem Çakar (ÖZƏL)
“MasterCard” kiçik və orta müəssisələrlə əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanla danışıqlar aparır - Erdem Çakar (ÖZƏL)
ƏDV geri alanlar üçün Bank Respublikadan möhtəşəm kampaniya! (FOTO)
ƏDV geri alanlar üçün Bank Respublikadan möhtəşəm kampaniya! (FOTO)
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır
Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib
Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq standartın tətbiqinə başlayıb
YAP sıralarına yeni üzv olan gənclərlə görüş keçirilib (VİDEO)
Azərbaycanda istehsal edilən yanacağın qonşu ölkələrə ixracı planlaşdırılır (Özəl)
Ali məktəblərə sınaq imtahanına qeydiyyat başlayıb
İlahiyyat İnstitutunun dekanı beynəlxalq konfransda iştirak edib (FOTO)
Sabah 20 dərəcəyədək isti olacaq
Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib (FOTO)
Hotellərdə qiymətlərin artması müşahidə olunur - Hotellər Assosiasiyası
Ermənistanın sabiq müdafiə nazirinin həbs müddəti uzadılıb
Bolqarıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü geniş işıqlandırılıb
"Omikron" ştammının qlobal yayılma ehtimalı çox yüksəkdir - ÜST
“Peyvənd sertifikatı”nın müddəti nə qədərdir, üçüncü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sahibkarlar üçün “KOB dostu” verilişi başlayır
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)
Masazırda ev yanıb
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzinin tikintisi yekunlaşır
Gələn ay Türkmənistan qazının Azərbaycana tədarükünə başlanılacaq - İranın neft naziri
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb
Bakıda əcnəbi vətəndaşı döyərək qarət edən mütəşəkkil dəstə saxlanılıb
Bakı Ali Neft Məktəbinin yaranmasının 10 ili tamam olub
Canni de Byazinin millidəki taleyinə nə vaxt aydınlıq gələcək? - AFFA -dan AÇIQLAMA
2023-cü ildə Azərbaycan Avro-5 standartlı benzin istehsalına başlayacaq
Kazanda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 37 mina aşkarlanıb
Füzulidə minaya düşən hərbi qulluqçuların son vəziyyəti məlum olub
Mərkəzi Gömrük Hospitalının oftalmoloqu “Korluğun əsas səbəbləri” haqqında məlumat verib
Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib
Avropa və Asiyada qadınlara qarşı zorakılıq hallarının artması müşahidə edilir - BMT rəsmisi
Azərbaycanda yeni "omikron" ştammı aşkarlanmayıb - RƏSMİ
Yaponiya xarici vətəndaşlara viza verilməsini dayandırır
Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik - ABŞ səfiri (FOTO)
Soçi görüşü Ermənistanı 10 noyabr bəyanatından yayınmaq imkanlarından məhrum etdi - Deputat
Maliyyə piramidası fırıldağı necə işləyir? - AÇIQLAMA
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)
Həftəsonu yol qəzalarında beş nəfər ölüb
Daha bir məktəbdə əyani tədris bərpa olundu
Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olunub
Əkinlərini tez bəyan edən fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar - Nazirlik
Kəlbəcərin İstibulaq kəndi (VİDEO)
Gələn il Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin iclası Azərbaycanda keçiriləcək
Azərbaycan enerji sektorunda İrana kömək edə bilər – İranlı ekspertlərin Aşqabad sammitinə rəyləri
Xarici valyutaların manata qarşı məzənnələri
Bakıda yaşayış binasında yanğın olub
ABŞ-ın sabiq müdafiə naziri Pentaqonu məhkəməyə verib
Ağcabədidə tibb məntəqəsi yanıb
Sumqayıtda mənzildən kişi meyiti tapılıb
Xaçmazda intihara cəhdin qarşısı alınıb
İran və Azərbaycan arasında yükdaşıma-tranzit xərclərinin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək – İranlı rəsmi (ÖZƏL)
Mir Şahinin vaxtı (VİDEO)
Fransada koronavirusun yeni ştammına 8 mümkün yoluxma halı aşkarlanıb
Perudakı güclü zəlzələ nəticəsində 10 nəfər xəsarət alıb
"Brent" markalı neftin qiyməti 75 dolları ötüb
"Omikron" ştammının daha yoluxucu olub-olmadığı hələ məlum deyil - ÜST
Konqoda silahlılar 22 nəfəri qətlə yetirib
Daha bir ölkədə "omikron" ştammına yoluxma qeydə alınıb
G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar
İsrail xarici turistlər üçün sərhədlərini bağladı
"Formula 1"in "Williams" komandasıının yaradıcısı vəfat edib
Böyük Britaniyada koronavirusun "omikron" ştammına daha bir nəfər yoluxub
İngiltərə Premyer Liqası: “Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib
İƏT-in bəyannaməsi Prezident İlham Əliyevin görkəmli liderliyinin simvoludur - Amerikalı ekspert
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərlə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 20 007 nəfər sağalıb
Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək - İran hökumətinin sözçüsü
KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov
Bakıda Batut Gimnastikası yarışlarının təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm - Migel Visente Marino
Azərbaycanla əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil - İran Prezidenti
Prezident İlham Əliyev: Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək
Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
Azərbaycan, İran və Türkmənistan arasında qazın svop tədarükü barədə razılaşma imzalanıb (FOTO)
İranda hamının mövqeyi bundan ibarət idi ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır - İran Prezidenti
Mərakeş "omikron" ştammının yayılmasına görə ölkəyə birbaşa sərnişin reyslərini dayandıracaq
Batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
KTMT-yə üzv ölkələrin Azərbaycanı təbrik etməsi göstərdi ki, Ermənistan KTMT-də heç bir dəyərə malik deyil - Siyasi şərhçi
Bakıda batutda sinxron tullanma üzrə finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Region ölkələri ilə ticarətin inkşaf etdirilməsi İranın xarici siyasətinin prioritetidir - İbrahim Rəisi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupu Yarışlarının final gününün ən yaxşı anları (FOTO)
Belçikalı gimnast Dünya Yaş Qrupları Yarışlarında ikili mini-batutda tullanma proqramında birinci yeri tutub
Böyük Britaniya təmsilçisi Bakıda Dünya Yaş Qrupu Yarışlarında tamblinq proqramında birinci yeri tutub
Rusiyalı gimnast Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında tamblinq proqramında qızıl medal qazanıb
Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları var - AÇIQLAMA
KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel
Ermənistanın son ümid yeri də puç oldu: KTMT-yə üzv dövlətlər Azərbaycanı tarixi Zəfərə görə təbrik edir
ABŞ gimnastları Dünya Yaş Qrupu Yarışlarında iki mini-batutda tullanma proqramında bütün mükafat yerləri tutublar
Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək
Yaponiyalı gimnast Dünya Yaş Qrupu Yarışlarında batut gimnastikası üzrə fərdi proqramda birinci yeri tutub
Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyalı gimnast Dünya Yaş Qrupu Yarışının batut gimnastikası üzrə fərdi proqramında qızıl medal qazanıb
Dünya Yaş Qrupları Yarışlarının batutda sinxron tullanma proqramında finalçılar müəyyənləşib
Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 1 662 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü ideyalar həyata keçirilir - Aşqabad zirvəsi
İran Qazaxıstanla birgə iqtisadi əməkdaşlıq komissiyasının tezliklə keçirilməsini istəyir – İran xarici işlər naziri
Bütün xəbərlər