Bakı. Rufiz Hafizoğlu - Trend:
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionda ən vacib layihələrdən biridir.
Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Ankara, Bakı və Moskva arasında BTQ ilə yükdaşımalarının inkişafı barədə memorandumun imzalanmasını şərh edərkən deyib.
Nazir bildirib ki, üç ölkə arasında memorandumun imzalanması bu layihənin vacibliyini daha da artıracaq.
Qeyd edək ki, Türkiyə, Azərbaycan və Rusiya arasında müvafiq sənəd ötən gün imzalanıb.