...

Sumqayıt Texnologiyalar Parkı zavodların reallaşdırdığı məhsulun məbləğini açıqlayıb

İqtisadiyyat Materials 31 Oktyabr 2019 21:04 (UTC +04:00)
2019-cu ilin ilk doqquz ayının yekunlarına əsasən Sumqayıt Texnologiyalar Parkının əsas zavodları 65 milyon manatdan çox məhsul reallaşdırıb
Sumqayıt Texnologiyalar Parkı zavodların reallaşdırdığı məhsulun məbləğini açıqlayıb

Bakı. Mətanət Nəsibova - Trend:

2019-cu ilin ilk doqquz ayının yekunlarına əsasən Sumqayıt Texnologiyalar Parkının əsas zavodları 65 milyon manatdan çox məhsul reallaşdırıb.

Bunu Trend-ə Parkın ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, ən çox satılan məhsul kabel zavodunun payına düşüb:

“Bu müəssisə 29,95 milyon manat məbləğində məhsul reallaşdırıb. Armatur istehsalı zavodu 11,8 milyon manat, polimer məmulatlar istehsalı zavodu 7 milyon manat, avtomobil istehsalı və təmiri zavodu 4,65 milyon manat, alüminium profillər zavodu 2,669 milyon manat, sendviç panellər istehsalı zavodu 2,374 milyon manat, elektrik avadanlıqlar zavodu 1,6 milyon məbləğində məhsul satıb”.

R.Əliyev bildirib ki, bu ilin sonunadək Azərbaycandan yaxın xaricə, o cümlədən Rusiya və Gürcüstana sənaye məhsullarının ixracı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti