...

Bakıda 2GIS - şəhərin üçölçülü xəritəsi və təşkilatların kataloqu işə başladı - (FOTO)

İqtisadiyyat Materials 2 Dekabr 2019 11:00 (UTC +04:00)
Azərbaycan Respublikasının paytaxtında 2GIS - şəhərin ətraflı 3D xəritəsi ilə avtomobil naviqatoru və təşkilatların detallı kataloqu işə başladı.
Bakıda 2GIS - şəhərin üçölçülü xəritəsi və təşkilatların kataloqu işə başladı - (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının paytaxtında 2GIS - şəhərin ətraflı 3D xəritəsi ilə avtomobil naviqatoru və təşkilatların detallı kataloqu işə başladı.

Azərbaycanın paytaxtında, xidmətin mövcud olduğu digər şəhərlərdə olduğu kimi, 2GIS mütəxəssisləri də yerlərdə məlumatları topladılar. Nəticədə xəritədə 131 mindən çox bina peyda oldu və kataloqda isə 33000 təşkilat, onların iş cədvəli, əlaqə, xidmətlər üçün ödəniş üsulları və digər məlumatlar daxil olmaqla yer aldı.

Azərbaycan paytaxtının özəlliyi köhnə və yeni ünvan sistemlərinin bir-birinə qarışmasıdır. Evlər, blok və mağaza girişləri üçün həm köhnə, həm də yeni nömrələmə sistemləri tez-tez istifadə olunur. Bakıda 2GIS yaradarkən bu nəzərə alınıb.

Istifadəçi bina və ya şirkət axtararkən yalnız yeni ünvanı deyil, həm də bu obyektin tapıla biləcəyi bütün digər ünvanları da görəcəkdir. Bundan əlavə, 2GIS təşkilata düzgün giriş göstərəcək - çətin ünvanlaması olan bir şəhər üçün bu aktualdır.

Xidmət sizə kafe və restoranlarda orta hesabı, ən yaxın açıq apteki, idman mərkəzinə abunə və ya otel otaqlarının qiymətini göstərəcəkdir. 2GIS-də iki dildə - Rus və ya Azərbaycan dilində axtarış edə bilərsiniz.

2GIS ünvanınıza çatmağın ən optimal yolu barədə sizə məlumat verəcəkdir. İctimai nəqliyyat və ya avtomobil ilə bir marşrut qura bilərsiniz, mobil tətbiqetmədə isə - naviqatoru işə salın. Xidmət yol nişanlarını nəzərə alır, sürət həddi barədə xəbərdarlıq edir, tıxacları nəzərə alaraq bir marşrut qurur. Səsli köməkçinin dilini seçə bilərsiniz - Rus və ya Azərbaycan.

2GIS-də 28 Mall Park Bulvar ticarət mərkəzlərinin mərtəbə planları vardır - alış-veriş mərkəzinin bankomatların, dükanların, pilləkənlərin və tualetlərin tam yerləşdiyi yerləri tapmaq asandır.

Oriyentiri tapmaq daha asan olması üçün Bakının bir çox əlamətli binalarını ətraflı nəzərdən keçirmək olar: xəritədə 10 detallı 3D model var. Onların arasında Hökümət Evi, Qız Qalası, “Alov Güllələri”.

kompleksi, Heydər Əliyev Muzeyi, Bakı Konqres Mərkəzi və s.

2GIS Bakı sakinləri üçün iPhone, Android smartfonları üçün pulsuz mobil tətbiqetmə formasında və 2gis.az.saytında onlayn versiyada mövcuddur.

2GIS texnoloji bir şirkətdir, şəhərdə rahat bir həyat üçün müxtəlif xidmət təqdim edir. Əsas məhsul isə özündə xəritə, təşkilatların kataloqu və bir naviqatoru birləşdirən 2GIS xidmətidir. Mobil tətbiqetmələrdə oflayn olaraq və 2gis.az saytında onlayn olaraq işləyir. Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, BƏƏ-nin 380-dən çox şəhərini əhatə edir. 2GIS auditoriyası - ayda 49 milyondan çox istifadəçi təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti