...

Məmməd Musayev: Sahibkarlıq iqtisadi inkişaf üçün lokomotiv rolunu oynayır

İqtisadiyyat Materials 17 Dekabr 2019 10:26 (UTC +04:00)
Sahibkarlıq iqtisadi inkişaf üçün lokomotiv rolunu oynayır.
Məmməd Musayev: Sahibkarlıq iqtisadi inkişaf üçün lokomotiv rolunu oynayır

Bakı. Samir Əli - Trend:

Sahibkarlıq iqtisadi inkişaf üçün lokomotiv rolunu oynayır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bakıda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminarda bildirib.

Onun sözlərinə görə, ölkədə qeyri-neft sektorunun inkişafı müsbət haldır:

"Azərbaycan iqtisadiyyatı sərbəst bazar iqtisadiyyatına əsaslanır. Azərbaycan dayanıqlı inkişaf məqsədlərini uğurla yerinə yetirir. Kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradılıb".

Qeyd edək ki, bu gün Bakıda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminar işinə başlayıb.

Seminar, özəl sektor arasında 2030 Dayanıqlı İnkişaf Gündəliyi haqqında məlumatlılığı artırmaq və Azərbaycanda DİM-lərin tətbiq edilməsinin rolu və cəlb edilməsi üzrə dövlət və özəl sektor arasında müzakirəni asanlaşdırmaq məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti