Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir (FOTO)

Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir (FOTO)

Bakı. Trend:

Bakcell şirkəti 2019-cu il ərzində həyata keçirdiyi korporativ sosial məsuliyyət fəaliyyətinə görə “Milli KSM Mükafatı 2019″ mükafatına layiq görülüb.

“Bakcell”dən Trend-ə verilən məlumata görə, şirkətin 2010-cu ildən başlayaraq “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi “Milli KSM Mükafatı 2019″ ilə təltif olunub.

Korporativ sosial məsuliyyət (KSM) layihələrinin təşviqi üzrə dövlət siyasətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və PROAKTİV PR Agentliyi tərəfindən təşkil olunan “Milli KSM Mükafatı 2019” müsabiqəsinə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və milli şirkətlər son bir il ərzində həyata keçirdiyi KSM layihələrini təqdim edib. Müsabiqəyə təqdim olunan layihələr BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədləri əsasında müvafiq komissiya tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, Münsiflər Heyətində İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”, “ABAD”, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurası, KSM Türkiyə və “CSR Azerbaijan” təşkilatları təmsil olunub. Nəticədə, müsabiqədə iştirak edən 34 layihədən 7 layihə qalib elan edilib.

“Qürurla demək istərdim ki, Bakcell şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət proqramı ölkəmizdə ilk və ən uzunömürlü KSM layihələrindən biridir. Təməli 2009-cu ildə qoyulmuş “Bakcell Stars” KSM proqramı çərçivəsində həyata keçirilən layihələr bu günə qədər minlərlə insanı əhatə edib. “Milli KSM mükafatı 2019” mükafatına layiq görülən “İncəsənət vasitəsilə ünsiyyət” layihəsinin artıq 10 yaşı var. Bu layihənin xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasında böyük rolu var”, deyə Bakcell şirkətinin PR və Korporativ Kommunikasiyalar üzrə direktoru Süheylə Cəfərova bildirib.

Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə yönəlib. Bu müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

Onu da qeyd edək ki, Bakcell ardıcıl olaraq iki ildir ki Milli KSM Mükafatının qalibi olur. Ötən il “Bakcell”in SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası ilə birlikdə həyata keçirdiyi “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ ilə təltif olunub.

Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər

“Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edib
“Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edib
Bakıda daha 616 evə qaz verildi
Bakıda daha 616 evə qaz verildi
Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar - Alessandra Todde
Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar - Alessandra Todde
Loading Bars
Xəbər lenti
Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir
Prezident İlham Əliyev: Azərbaycanın müasir tarixində neft amili həlledici rol oynayıb
Azərbaycan Prezidenti: Əminəm ki, Cənub Qaz Dəhlizi layihəsi tamamlanandan sonra bizim çoxtərəfli əməkdaşlığımız digər sahələrdə davam edəcək
Türkiyə ilə Rusiya arasında danışıqlar başa çatıb
“Azərkosmos” dünyanın 20 ölkəsinə xidmət ixrac edib
BSU-da “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib (FOTO)
Bakıda daha 616 evə qaz verildi
Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar - Alessandra Todde
Cənub Qaz Dəhlizinin ilin sonuna kimi istismara verilməsi üçün bütün tərəflər öz qüvvələrini səfərbər edib - Klaus-Dieter Borxardt
Azərbaycana ötən ay 42,1 milyon dollar ixrac sifarişi daxil olub
Azərbaycan hökuməti karantini pozan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib
Azərbaycan Misirə başsağlığı verdi
Yanvarda Azərbaycana 200 mindən çox turist gəlib
Ombudsman Aparatında növbəti istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb
Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib (FOTO/VİDEO)
Cəlal İsayev: Dəqiq nəticə olmamış ajiotaj yaratmağa ehtiyac yoxdur
TƏBİB: Sosial şəbəkələrdə yayılan görüntülər şayiədir
Dövlət Təhlükəsizliyi Xidmətinin strukturunda dəyişiklik edilib
Koronavirusla bağlı bəzi ölkələrlə sərhədlərimiz bağlana bilər (ƏLAVƏ OLUNUB-4) (VİDEO)
Ölkəyə gələn şəxslər 14 gün özlərini qorumalıdır - Operativ qərargah
Azercell Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşıdır (FOTO)
Ombudsman Aparatının əməkdaşı Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbirdə iştirak edib
Xocalı Türkiyənin bu şəhəri ilə qardaşlaşdı
Gürcüstan İrana və İtaliyaya daşımaları dayandırır
İran parlamenti fәaliyyәtini dayandırdı
Bu əlamətləri olan xəstələr dərhal tibb müəssisəsinə müraciət etməlidirlər - Operativ qərargah
Koronavirusa görə orta və ali məktəblərdə tədrisin dayanmasına zərurət yoxdur
8-ci km bazarında mənşəyi məlum olmayan 635 kq ət aşkarlandı (FOTO)
Azərbaycandan İrana hələ də gedənlər var - Operativ qərargahın üzvü
Vətəndaşlar koronavirus yayılan ölkələrə səfər etməkdən çəkinməlidir – Operativ qərargah
Xəstə uşaqları məktəbə aparmayın - Koronavirusla bağlı qərargahdan çağırış
Koronavirusa tutulan şəxslə kontakta girən şəxslər araşdırılır
Koronavirusla bağlı 3 karantin xəstəxanası ayrılıb
Azərbaycana gələn şəxslər iki mərhələdə yoxlanılır - Operativ qərargahın üzvü
Dağlıq Qarabağın işğalı ilə bağlı məruzə BMT-nin rəsmi sənədi kimi yayıldı
Ağdamda 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına 1,4 milyon manat ayrılıb – SƏRƏNCAM
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin Respublika müşavirəsi keçirilib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyevaya ali papa mükafatının təqdim edilməsini Azərbaycan multikulturalizminin qələbəsinin tanınması hesab edirəm - Dövlət Dumasının deputatı
2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır
Koronavirus təhlükəsinə görə məktəblərdə dərslər dayandırıla bilər? - AÇIQLAMA
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi keçirildi (FOTO)
İstirahət günlərinin hava proqnozu açıqlanıb
Əziz Mirəhmədovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Bakıda bir ayda sənaye məhsullarının və xidmətlərinin həcmi açıqlanıb
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib
Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə jurnalist araşdırmaları müsabiqəsi elan edir
Martın 2-də xarici valyutaların manata qarşı məzənnələri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə koronavirusla bağlı qərargah yaradıldı
Azərbaycandan ən çox hansı məhsulların ixrac edildiyi açıqlandı
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
Avropa Komissiyası: IAP layihəsinin maliyyələşdirilməsi yollarını öyrənmək imkanları var
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib
Tarixçi alim: Sumqayıt hadisələrindən əvvəl 4 mindən çox azərbaycanlı Ermənistandan qovulmuşdu
“World Harmony” Klassik və Folklor Musiqi Müsabiqəsini qalibləri müəyyən olundu - FOTO
Enerji diplomatiyasi üzrə Dövlət Katibinin köməkçisinin müavini Kurt Donili Bakiya səfər edib
Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir (FOTO)
Ankara Rusiya gəmiləri üçün boğazları bağlaya bilər
Maştağada antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb
Bakıda muzdla işləyənlərin maaşı 10 faiz artıb
Bakı polisi koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirdi
Gürcüstanda koronavirusa ikinci yoluxma halı
AzTV-dən Sumqayıt hadisələri ilə bağlı film: “Kod adı: NALYOTÇİK” (VİDEO)
Bakıda qadını döyüb avtomobilini əlindən aldılar
Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib (FOTO)
Türkiyədən Azərbaycana tekstil xammalı ixracı artıb
İranda yeni koronavirusdan ölənlərin sayı 34-ә yüksəlib
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi
İran millisinin sabiq üzvü koronavirusdan dünyasını dəyişdi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb
Şəmkirdə evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Bakıda uşaq bağçalarına qəbulda YENİLİK (FOTO)
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək
Bakıda Biləsuvar sakinini bıçaqla hədələyib pulunu aldılar
Sun markası Məktəblərdə Gigiyena tədrislərinə start verdi (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib (FOTO)
Azərbaycanlı jurnalist Macarıstan mediasında erməni vandalizmindən yazdı
Müxalifət "bəy"ləri özlərinə zərbə vurdular - "Politşou" təqdim edir (Videolayihə)
Mart ayına olan hava proqnozu açıqlandı
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
“Həkimlərimizi tanıyın!” - Yüksəkixtisaslı uzman otorinolarinqoloq Dr. Aynur Vəliyeva
Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Sabah 18 dərəcə isti olacaq
“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib
Bakıda un məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
Şəkidə evində meyiti tapılan şəxs ürək-ağciyər çatışmazlığından ölüb
Masallıda arvadını və qaynını öldürən şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Azərbaycan nefti ucuzlaşır
"Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı
“Kinderland” şəhərciyinə uçuşa hazır olun! (VİDEO)
Əbülfəs Qarayev: Koronavirus təhlükəsinə görə tədbirlərə məhdudiyyət qoyulmayacaq
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı davam etdirilir
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Bütün xəbərlər