...

“İnsan resurslarının idarəedilməsi əsasları” təlimi keçiriləcək

İqtisadiyyat Materials 18 Fevral 2020 16:20 (UTC +04:00)
27-28 fevral 2020-ci il tarixlərində “Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova tərəfindən “İnsan resurslarının idarəedilməsi əsasları” təlimi keçiriləcək.
“İnsan resurslarının idarəedilməsi əsasları” təlimi keçiriləcək

Bakı. Trend:

27-28 fevral 2020-ci il tarixlərində “Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova tərəfindən “İnsan resurslarının idarəedilməsi əsasları” təlimi keçiriləcək.

Trend-in məlumatına görə, təlimdə İnsan Resurslarının idarəedilməsinin əsasları, təşkilatı prosesin planlaşdırılması, insan potensialının idarəedilməsi, mükafatlandırılmanın idarəetmədə rolu və digər mövzularda ətraflı məlumat veriləcək. İki günlük təlim interaktiv şəkildə keçiriləcək və nəzəriyyə ilə yanaşı bir sıra fərdi və qrup çalışmalarını və rol oyunlarını da özünə daxil edəcək.

Təlimçi Çimnaz Qasımova neft, bank və konsaltinq sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərdə insan resurslarının idarə edilməsinin müxtəlif sahələri üzrə 20 illik təcrübəyə malik yüksək ixtisaslı peşəkardır. Bu illər ərzində o, Qazaxıstan və Sinqapurda uzunmüddətli ezamiyyətlərdə böyük təcrübə qazanmışdır. İnsan Resursları ilə bağlı müxtəlif konfrans və seminarlarda spiker kimi çıxış edir, aparıcı təşkilatların İR direktorlarını bir araya toplayıb, bilik və təcrübə mübadiləsi aparılan "HR Meetup" görüşlərinin təsisçisidir.

Bank və neft-qaz sahələrində fəaliyyət göstərən təşkilatlar üçün qreydinq ödəniş strukturlarının və həvəsləndirmə sxemlərinin hazırlanması, fəaliyyətin qiymətləndirilməsi və dəyişən ödəniş sistemlərinin yaradılması, əmək haqqı və mükafata dair sorğular və müqayisəli təhlil üzrə mütəxəssisdir.

İki günlük təlimin qiyməti 400 AZN təşkil edir. Təlim haqqında ətraflı məlumat almaq üçün (077)466 96 96 nömrəsi ilə əlaqə saxlamaq və ya təlimdə iştirak üçün [email protected][email protected] elekton ünvanlarına təsdiq göndərilməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti