...

Şimali Amerika ölkələrinin yeni ticari sazişi iyulun 1-dən qüvvəyə minir

İqtisadiyyat Materials 25 Aprel 2020 03:05 (UTC +04:00)
Şimali Amerika ölkələrinin yeni ticari sazişi iyulun 1-dən qüvvəyə minir

Bakı. Trend:

ABŞ nümayəndəsi Robert Laythayzer Kanada, Meksika və Amerika Birləşmiş Ştatları arasında imzalanmış ticari sazişin (USMCA) 1 İyul 2020-ci il tarixində qüvvəyə minəcəyi barədə ABŞ Konqresinə məlumat verib.

Trend-in məlumatına görə, müvafiq açıqlama nümayəndənin rəsmi saytında dərc edilib.

R.Laythayzer Konqresə bildirib ki, Kanada və Meksika "USMCA" çərçivəsində bütün öhdəlikləri yerinə yetirmək üçün lazımi tədbirlər görüblər.

ABŞ ticarət nümayəndəliyinin ofisi qeyd edib ki, yeni müqavilə çərçivəsində qəbul edilən dəyişikliklər "yeni iş yerləri açacaq, daha etibarlı əməyin mühafizəsini təmin edəcək, bazarlara çıxışı genişləndirəcək və amerikan işçiləri, fermerlər və ranço sahibləri üçün yeni imkanlar yaradacaq".

Kanada, Meksika və ABŞ 2018-ci ilin sentyabr ayında yeni ticari saziş (USMCA) barədə razılıq əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti