...

Azərbaycanda bəzi sığorta şirkətləri COVİD-19 riskinə qarşı bazara yeni məhsullar təqdim edirlər

İqtisadiyyat Materials 5 May 2020 10:46 (UTC +04:00)
Azərbaycanda bəzi sığorta şirkətləri COVİD-19 riskinə qarşı bazara yeni məhsullar təqdim edirlər

Bakı. Trend:

Hazırda sığorta şirkətləri fəaliyyətlərini maksimum dərəcədə yüksək səviyyədə davam etdirməyə çalışır. Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər COVİD-19 riskinə qarşı bazara yeni məhsullar təqdim edirlər.

Bu barədə Trend Azərbaycan Sığortaçılar Assosasiyasına istinadən məlumat verir.

Məlumatda deyilir:

"Əgər virusun təsiri tez bir şəkildə aradan qaldırılsa, sığorta sektoru da daxil olmaqla bir çox sahələr fəaliyyətlərini bərpa edə bilər. Xüsusilə də ikinci rüb üçün yüksək nəticələr əldə olunacağı güman edilir. Lakin bu bərpa prosesi baş verdiyi təqdirdə belə yenə də verilən proqnozdan aşağı rəqəmlərlə ili başa vurmaq ehtimalı yüksəkdir.

Pandemiyanın sığorta şirkətlərinin fəaliyyətinə digər bir təsiri isə onların öz şirkətlərinin biznes planlarına yenidən baxmasına gətirib çıxardacaq. Real stress altında fəaliyyətlərində yaranan çatışmazlıqlar və üstünlükləri təhlil etmək imkanı əldə edəcəklər.

Azərbaycanda ilk koronavirus hadisəsi baş verdiyi zaman sığorta şirkətləri xüsusi tədbirlər planı hazırladı və fəaliyyətlərinə yaranmış vəziyyətə uyğun şəkildə davam etdilər. Sığorta şirkətlərinin iş rejimi yenidən quruldu və hazırda əməkdaşlar evlərindən işlərini fasiləsiz davam etdirə bilirlər. Azərbaycan sığorta bazarında COVİD-19 epidemiyasının təsirinin müşahidə olunmasına baxmayaraq, bu şirkətlərin fəaliyyətinə nəzərə çarpacaq dərəcədə təsir göstərmədi və işlərini ləngitmədi. 2020-ci il üçün verilən proqnozlarda azalma müşahidə oluna bilər, lakin düzgün fəaliyyət sayəsində şirkətlər bu günləri zərərsiz başa vura bilərlər.

Mövcud vəziyyətə baxmayaraq, ilin əvvəlindən sığorta şirkətləri fəaliyyətlərinə olduqca yüksək tempdə başlayıb. Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində keçirilən müşavirədə bildirdiyi kimi, cari ilin ilk rübü üzrə sığorta ödənişləri 19% artıb və sığorta bazarı yaxşı start götürüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti