...

Azərbaycanda 4 ayda 170 min tondan çox ət istehsal edilib

İqtisadiyyat Materials 27 May 2020 13:55 (UTC +04:00)
Azərbaycanda 4 ayda 170 min tondan çox ət istehsal edilib

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 171,2 min ton ət istehsal edilib.

Trend-in məlumatına görə, hesabat dövründə 659,9 min ton süd, 653,2 milyon ədəd yumurta və 2,3 min ton yun istehsal edilib.

2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 9,3 faiz artmış, yun istehsalı isə eyni səviyyədə qalıb.

Bundan əlavə, qeyd olunan müddət ərzində təsərrüfatlarda yanvar-aprel aylarında 43,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz çox kartof və 107,0 min ton və yaxud 16,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti