...

TƏBİB: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər

İqtisadiyyat Materials 3 İyun 2020 19:59 (UTC +04:00)
TƏBİB: İşçilər 3 qrupa bölünsün və ayrı-ayrı saatlarda işə gəlsinlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: “İş yerlərinə müraciət etmək istəyirik ki, işə gələn işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər. Müvafiq təklifimiz var. Qəbul edilsə, sabah bu barədə məlumat veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti