...

Azərbaycanda 10 rayonda arpa üzrə yüksək məhsuldarlıq əldə edilib

İqtisadiyyat Materials 12 İyun 2020 12:41 (UTC +04:00)
Azərbaycanda bugünədək ölkə üzrə taxıl zəmilərin 16,7 faizində biçin başa çatıb.
Azərbaycanda 10 rayonda arpa üzrə yüksək məhsuldarlıq əldə edilib

Bakı. Samir Əli - Trend:

Azərbaycanda bugünədək ölkə üzrə taxıl zəmilərinin 16,7 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda 169 min 097 hektar sahədən 514 min 246,9 ton məhsul yığılıb.

Biçilmiş sahələrin 161539,9 hektarı arpa, 7558,4 hektarı buğda sahələridir. İyunun 12-nə olan operativ məlumata görə, respublika üzrə orta məhsuldarlıq 30,4 sent/ha, arpa üzrə 30,3 sent/ha, buğda üzrə 33,2 sent/ha təşkil edir.

Biçin prosesinə 1398 kombayn cəlb olunub. Bunlardan 552-i "Aqrolizinq" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. "Aqrolizinq" tərəfindən məhsulun tez və itkisiz yığılması üçün biçinə başlanılmayan dağlıq və dağətəyi rayonlardakı bölmələrdən hazırda aktiv biçin prosesinin getdiyi Aran rayonlarına əlavə olaraq 166 kombayn dislokasiya olunub. Biçin prosesində hüquqi və fiziki şəxslərin mülkiyyətində olan 707 kombayn da iştirak edir. "Aqrolizinq"in kombaynları tərəfindən 66792 ha, hüquqi və fiziki şəxslərin kombaynları tərəfindən 102305,3 ha sahə biçilib.

Arpa üzrə ən yüksək məhsuldarlıq Ağdam, Ağcabədi, Ağsu, Hacıqabul, İmişli, Qax, Saatlı, Salyan, Sabirabad, Samux rayonları ərazisində qeydə alınıb. Bu rayonlarda məhsuldarlıq 33 sentnerdən çoxdur.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 640977,6 hektarı buğda, 369240,4 hektarı arpa sahələridir. Biçin prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti