...

Komitə sədri: Azərbaycan koronavirusdan az iqtisadi zərər görən ölkələr sırasındadır

İqtisadiyyat Materials 10 Sentyabr 2020 11:09 (UTC +04:00)
Komitə sədri: Azərbaycan koronavirusdan az iqtisadi zərər görən ölkələr sırasındadır

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər nəticəsində ölkəmiz iqtisadi baxımdan ən az zərər görən dövlətlər sırasındadır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, dünyanın bir çox ölkələri iqtisadi baxımdan böyük zərər görüb: “Çox sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatı ciddi zərər görməyib. İqtisadiyyatın 7 aylıq göstəricilərinə əsasən ÜDM-nin azalması qeydə alınsa da qeyri-neft sektorunda artım müşahidə edilib. Proqnozlara əsasən də iqtisadiyyatda azalmanın səviyyəsinin aşağı olacağı gözlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti