...

Sığorta bazarını necə inkişaf etdirmək olar? - ASA Trend-in suallarını cavablandırıb

İqtisadiyyat Materials 16 Sentyabr 2020 09:08 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ilk pandemiya hadisəsi baş verdiyi andan etibarən özlərinin tədbirlər planını hazırladı və fəaliyyətlərinə bu plan əsasında davam etməyə başladılar.

Bunu Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Trend-in suallarını cavablandırarkən bildirib.

- Bu ilin birinci yarısında sığorta bazarının səmərəliliyini necə qiymətləndirirsiniz?

- İqtisadiyyat daima xarici təsirlərə məruz qalır. Bir çox xarici təsirləri öncədən proqnozlaşdırmaq mümkün olsa da, bəzən gözlənilməz hadisələrlə qarşılaşırıq. Bu vəziyyəti cari ildə aydın şəkildə müşahidə edəb bildik. COVİD-19 epidemiyası qısa bir müddət ərzində bütün dünyada geniş yayıldı və iqtisadiyyatın bütün sahələrinə öz təsirini göstərdi. Sığorta sektoru da bu təsirdən kənarda qalmadı. Lakin Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri ilk pandemiya hadisəsi baş verdiyi andan etibarən özlərinin tədbirlər planını hazırladı və fəaliyyətlərinə bu plan əsasında davam etməyə başladılar. Bu zaman qarşıya qoyulan əsas məqsəd müştərilərin hüquqlarının qorunması, onlara maksimum operativ xidmətin göstərilməsi və eləcə də, şirkətlərin maliyyə dayanıqlığının qorunub saxlanılmasından ibarət idi. 2020-ci il üçün verilən bütün proqnozlar digər iqtisadi sahələrdə olduğu kimi, sığorta sektoru üçün də məcburi şəkildə dəyişdirilməli oldu.

Bu müddətdə sığorta sahəsində fəaliyyət göstərən əməkdaşlar virusun yayılmasının qarşısını almaq və NK-nin vermiş olduğu qərara əsasən evlərindən fəaliyyətləri həyata keçirməyə başladılar. Bu zaman müqavilələrin online şəkildə bağlanılması və yenilənməsi sayı daha da artdı. Şirkətlər özlərinin elektron platformalarına daha çox diqqət yetirməyə başladılar. Bu müddət ərzində nəzarət edici orqan olan MB-da şirkətlərin fəaliyyətinə yardımçı olmaq və müştəri məmnuniyyətinin qorunub saxlanılması üçün Tədbirlər planı nəzdində tövsiyələr hazırlandı və rəhbər şəxslərə bu barədə məlumat verildi.

Covid-19 epidemiyasının təsiri nəticəsində sığorta bazarında bir çox məhsullarda fərqli hərəkət dinamikaları özünü göstərdi. Bəzi məhsullarda kəskin azalma baş versə də, bir çox məhsullarda mülayim tempdə dəyişikliklər özünü göstərdi. Səfər sığortası üzrə bağlanan müqavilələr turizm sektorunun demək olar ki, bağlanması ilə 99 faiz azaldı. ANVSMMİS məhsulu mövcud karantin rejimi ilə əlaqədar ötən il ilə müqayisədə yığımlarda azalma olsa da, bu məhsul il ərzində sığorta şirkətləri üçün zərərli olaraq qalır. DƏİS üzrə yığımlar ilin ilk aylarında kəskin artan templə getsə də, COVİD-19 epidemiyasında sonra şirkətlərinin istiqamətlərinin dəyişməsi nəticəsində bu məhsul mülayim templə artır. Ötən il ilə müqayisədə 27% lik artım nəzərə çarpır.

- ASA geniş sığorta bazarını necə inkişaf etdirməyi planlaşdırır?

- Azərbaycan sığorta bazarının potensialı genişdir. Lakin təəssüfləndirici haldır ki reallıqda bu potensialdan tam istifadə edilmir. Azərbaycan sığorta bazarının inkişafını ləngidən ən mühüm amil isə ölkə vətəndaşlarının bu sahəyə olan inamının və məlumatının az olmasıdır. Bu gün insanlar arasında sığorta mədəniyyətinin artırlmasına ehtiyac vardır. İnsanlar sığortaya məcburi ödənilməli olan rüsum kimi baxırlar. Lakin bu gün sığorta bütün dünyada rikslərin bölüşdürülməsinin əsas mexanizmi olmaqla , sosial müdafiə funksiyasını həyata keçirir. Məhz bu problemlər həll edildiyi təqdirdə sığorta bazarı öz potensialını tam şəkildə göstərə bilər.

Mərkəzi bank nəzarət orqanı təyin edildikdən sonra sığorta sektornun inkişafına böyük önəm verdi. Bu sahənin monitorinqinin, qiymətləndirilməsinin həyata keçirilməsinə başlanıldı. Mövcud problemlər müəyyən edildi və onun aradan qaldırlmasına çalışıldı.

Məhz ASA olaraq bizim fəaliyyətimizdə əsas məqsəd insanlarda sığorta mədəniyyətinin dərinləşdirilməsi və insanların bu sahəyə olan inamının artırlmasından ibarətdir. Bir məhsul və ya xidmət haqqında düzgün və tam məlumat olmadıqda bu gələcəkdə bir çox problemlərin yaranmasına səbəb olur. Bu gün bizim də əsas məqsədimiz insanlara sığorta məhsulları haqqında ətraflı məlumatın verilməsindən ibarətdir. Bunun üçün tez-tez sığorta şirkətləri ilə birlikdə Bakıda və regionlarda tədbirlər təşkil edirik və bu zaman insanların suallarını cvabalandırırıq.

- Cari il ərzində sığorta şirkətlərinə müştəri müraciətlərinin statistikası necədir və ASA bu cür inkişafdan məmnundurmu?

- Cari ildə baş verən epidemiya iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərdi. Sığorta sektoru da birbaşa bu təsirə məruz qaldı. Sığorta məhsullarının xarakteristikası fərqli olduğu üçün hər məhsul bu vəziyyətdən fərqli şəkildə təsirləndi. Bəzi məhsullar üzrə müştəri müraciəti tamamilə dayansada, bəzi məhsullarda cüzi dəyişikliklər nəzərə çarpırdı.

Sığorta şirkətləri iş fəaliyyətlərini mövcud vəziyyətə uyğunlaşdıran zaman müştərilərə maksimum xidmətlərin göstərilməsini qarşıya məqsəd qoymuşdular. Bu müddətdə müraciətlərin demək olar ki, hamısı online şəkildə və ya telefon vasitəsilə qəbul edilirdi. Ofislərin bağlı olması face to face müştəri qəbulunu mümkünsüz edirdi.

Qeyd etdiyim kimi Azərbaycan sığorta bazarının potensialı olduqca genişdir. Lakin bu potensialdan tam istifadə edilməsi üçün təməlda yatan bir çox problemlər həll edilməlidir. Əgər həmin problemlər həll edilərsə o zaman sığortanın ÜDM də payı 2%, 3%-ə qədər qalxa bilər. Bu isə vaxt aparan bir prosesdir. Hər şeyin ən qısa zamanda həll edilməsini gözləmək olmaz. Dünya təcrübəsində istifadə edərək inkişaf etməyə çalışırıq. Bu gün Azərbaycan sığorta şirkətləri beynəlxalq standartlar əsasında fəaliyyət göstərir.

- Bu il müştəriləri dəstəkləmək üçün bu sahəyə hansı yeni layihələri buraxmaq niyyətindəsiniz?

- Azərbaycan Sığortaçılar Assosasiyasının yaradılmasında və fəaliyyətində əsas məqsəd vətəndaşlarda sığorta mədəniyyətinin artırılması və bu sahədə maarifləndirmə işlərinin təbliğidir. Pandemiya dövründə bu fəaliyyəti daha çox online platformalardan həyata keçirməli olduq. Pandemiyadan öncə sığorta şirkətləri ilə birlikdə həm Bakıda, həmdə regionlarda məlumatlandırma işləri çərçivəsində vətəndaşlarla və bölgələrdəki sığorta fəaliyyəti ilə məşğul olan əməkdaşlarla görüşlər keçirdirdik. Bu zaman əhalinin sualları cavabladırıldı və onalara məhsulların daşıdığı risklər və əldə edəcəkləri fayda barədə məlumat verilirdi. Bundan əlavə ASA olaraq sığorta şirkətləri ilə birlikdə “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar”a əsasən ötən ilin dekabr ayından bunilin ilk 3 ayını əhatə edən Məsafə Saxla layihəsi həyata keçirildi. Bu layihənin həyata keçirilməsində əsas məqsəd isə sükan arxasında vətəndaşların mobil telefondan istifadənin onların həyatını riskə atacağı mesajını ötürmək indi. Təbii ki bu kimi layihələrin davamlı şəkildə həyata keçirilməsini düşünürük. Bundan əlavə bir çox dövlət və qeyri dövlət təşkilatları ilə danışıqlar aparılır və bir çoxları ilə qarşılıqlı tərəfdaşlıq şəklində memarandumlarım imzalanması düşünülür. Bu fəaliyyətin ilk addımı olaraq bu yaxınlarda Azərbaycan Milli Avtomobil Klubu ilə memarandum imzaladıq.

Bu il və digər qarşıdakı illər ərzində həm Mərkəzi bankın nəzarəti altında sığorta şirkətləri və İSB ilə birlikdə bir çox layihələrin və tədbirlərin həyata keçirilməsini qarşıya məqsəd qoymuşuq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti