...

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu genişlənib

İqtisadiyyat Materials 16 Sentyabr 2020 18:23 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu genişlənib

Bakı. Trend:

Nazirlər Kabineti 340 №li Qərarın izahını verib.

Kabinetdən Trend-ə bildirilib ki, bu qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Cəmiyyətin strukturunun optimallaşdırılması məqsədi ilə yeni yaradılmış törəmə hüquqi şəxslər “ASCO Nəqliyyat” MMC və “ASCO Mühafizə” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturuna əlavə edilib.

Həmçinin, Cəmiyyət üzrə faktiki fəaliyyət göstərən “ACSC logistics” MMC-nin adı dəyişdirilərək “ASCO Logistics” MMC adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti