...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 9 Oktyabr 2020 10:57 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 8-də 41,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 41,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 40,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,56 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti