...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 13 Noyabr 2020 13:16 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 12-də 44,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,87 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti