...

Türkiyənin Bakıdan keçən ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədinə çatıb - FOTO

İqtisadiyyat Materials 16 Dekabr 2020 11:54 (UTC +04:00)
şəhərinə çatıb
Türkiyənin Bakıdan keçən ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədinə çatıb - FOTO

Bakı. Ceyhun Ələkbərov - Trend:

Türkiyənin Bakıdan keçən ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədində yerləşən Korqos şəhərinə çatıb.

Bu barədə Trend-ə Bakı Limanından bildiriblər. Qeyd olunub ki, 4 dekabr tarixində İstanbuldan çıxan, 10 dekabr tarixində Bakı Limanından keçərək Sian şəhərinə istiqamətlənən Türkiyənin ilk ixrac qatarı Qazaxıstan-Çin sərhədində yerləşən Korqos şəhərinə çatıbdır.

Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət və məişət texnikası daşıyan qatar İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars-Bakı-Aktau-Almata-Korqos-Sian xətti üzrə 8693 kilometr yolu 12 günə qət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti