Bakı. Elnur Bağışov - Trend:
İranın Gəmiçilik Şirkəti Xəzər dənizində ticarət gəmilərinə 4 gəmi əlavə edəcək.
Trend-in məlumatına görə, bunu İranın Gəmiçilik Şirkətinin icraçı direktoru Məhəmməd Rza Modərres Xiyabani İranın Gilan vilayətinin valisi Arslan Zare görüşdə deyib.
M.R.Modərres Xiyabaninin sözlərinə görə, ilk mərhələdə 2 yeni gəmi İranın Xəzər Dənizçilik Şirkətinə təhvil veriləcək.
O, əlavə edib ki, İran məqsəd qonşu ölkələr, xüsusilə də Rusiya ilə ticarət dövriyyəsini artırmaqdır.
Görüşdə İranın Gilan vilayətinin valisi Arslan Zare də bildirib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində İran hökuməti bir sıra addımlar atıb və bu addımların atılmasını davam etdirir.
A.Zare deyib ki, İranın şimalında Xəzər dənizində gəmilərin artırılması, yenilənməsi və lojistik imkanların yaradılması da bu addımlar çərçivəsindədir.
Onun sözlərinə görə, belə ki, gələn on il ərzində dəmiryolu xətti ilə yükdaşıma potensialı təxminən 10 milyon tona çatacaq.
Qeyd edək ki, İranın Xəzər dənizində 24 ticarət gəmisi fəaliyyət göstərir. İranın Xəzər dənizindəki limanları ilə məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 40% artıb.