...

2035-ci ilədək "AzerGold" regionda iri dağ-mədən şirkətinə çevriləcək

İqtisadiyyat Materials 2 Fevral 2021 11:04 (UTC +04:00)
2035-ci ilədək "AzerGold" regionda iri dağ-mədən şirkətinə çevriləcək

Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:

Ötən il "AzerGold" QSC-nin fəaliyyətində əlamətdar hadisələrdən biri əlvan metal filizlərinin hasilatı sektorunun dayanıqlı inkişafının təmin olunması məqsədilə 2025-ci il üçün ortamüddətli və 2035-ci il il üçün uzunmüddətli korporativ strategiyanın təsdiq edilməsi olub.

Trend-in məlumatına görə, bunu "AzerGold"un İdarə heyətinin sədri Zakir İbrahimov şirkətin ötənilki fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, hasilat sektorunun dayanıqlı inkişafının təmin olunması məqsədilə ötən il İqtisadiyyat Nazirliyinin 14 sentyabr tarixli sərəncamı ilə QSC-nin korporativ strategiyası təsdiq edilib:

"Şirkətin strategiya çərçivəsində əsas məqsədlərindən biri "AzerGold"un 2035-ci ilədək 1 milyard dollar dövriyyəsi olan iri regional dağ-mədən şirkətinə çevrilməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti