...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 18 Fevral 2021 11:10 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 17-də 64,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,48 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,16 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti