Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyanın Sankt-Peterburq şəhərindən 15 ölkəyə, o cümlədən, Azərbaycana uçuşların həyata keçirilməsi üçün 3 aviaşirkətə lisenziya verilib.
Trend bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, müvafiq icazələr "Aeroflot", "S7Airlines" və "PEGAS Fly" şirkətlərinə verilib.
Bu aviaşirkətlərin reysləri koronavirus pandemiyası ilə əlaqədar dayandırılmışdı.
Xatırladaq ki, Rusiya Hava Nəqliyyatı Federal Agentliyi Bakıya müntəzəm uçuşlar üçün "Uralskiye avialinii", "Severnıy veter", "Red Uinqz", "İkar", "İjavia", "İrAero" şirkətlərinə də lisenziyalar vermişdi.