...

Ərdəbil azad ticarət zonası Azərbaycan-İran iqtisadiyyatının inkişafına töhfə verəcək - İranlı rəsmi

İqtisadiyyat Materials 29 Aprel 2021 19:50 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində azad ticarət zonasının yaradılması Azərbaycan-İran arasında iqtisadiyyatın inkişafına töhfə verəcək.

Trend xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib. Onun sözlərinə görə, zonanın yaradılması ilə əlaqədar İran höküməti, parlamenti layihəni qəbul edib. Bu layihə Ekspertlər Şurasının iqtisadi və infrastruktur komitəsində təsdiqlənib və şuranın plenar iclasında təsdiqləndikdən sonra icrasına başlanacaq.

Behnamcu əlavə edib ki, vilayətin şimalında dəmiryol terminalı iki ölkə arasında iqtisadi münsaibətlərin inkişaf etdirilməsi üzrə planlardan biridir. Dəmiryol terminalı ilə əlaqədar planların yekun təsdiqi üzrə işlər aparılır. Ölkə daxilində dəmiryol terminalı ilə əlaqədar xəritələr hazırlanıb və yaxın zamanlarda icrasına başlanacaq.

Vali deyib ki, iki ölkə arasında birgə sənaye parkının yaradılması yeni bir plandır ki, başqa ölkələr arasında olmayıb. Birgə sənaye parkının yaradılması ilə bağlı araşdırmalar aparılmalı və qanunla tənzimlənməlidir.

Behnamcu bildirib ki, ötən ildə Ərdəbil vilayətində İran və Azərbaycan arasında Biləsuvar sərhəd gömrüyü vasitəsi ilə ticarət dövriyyəsi öncəki illə müqayisədə 70% artaraq 250 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti