...

"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)

İqtisadiyyat Materials 7 İyul 2021 16:28 (UTC +04:00)
"Real-Trend" layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)

Bakı. Trend:

Real TV və Trend İnformasiya Agentliyinin yeni birgə layihəsi olan "Real-Trend" verilişinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti və ölkə iqtisadiyyatına verəcəyi mühüm töhfələr, bu nəhəng layihənin böyük üstünlükləri, gələcək perspektivləri müzakirə olunub. Həmçnin, dost və tərəfdaş ölkələrin Azərbaycana sürətlə artan marağı, işğaldan azad edilmiş ərazilərə xarici investisiyaların yatırılması istiqamətində İsrail dövlətinin hədəfləri açıqlanıb. Bundan başqa, Azərbaycanda nağdsız hesablaşmaların dövriyyəsini artırmaq istiqamətində atılan addımlar, bölgənin liderinə çevrilmək planları, iqtisadiyyatın şəffaflaşdırılması, qeyri neft sektorunda ixracın artırılması, son aylarda artan ixrac imkanları və digər önəmli iqtisadi mövzulardan bəhs edilib.

Qeyd edək ki, layihə hər çərşənbə günü saat 15:30-da, təkrarı 22:30-da Real TV-nin efirində yayımlanır. "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə edilir. Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət edilən qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edirlər.

Buraxılışı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti