...

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

İqtisadiyyat Materials 8 İyul 2021 11:15 (UTC +04:00)
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 74,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,94 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,61 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,2 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti