...

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

İqtisadiyyat Materials 2 Avqust 2021 23:33 (UTC +04:00)
Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda tikinti materiallarının istehsalı artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 374,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40,2 faiz artıb.

Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 76,2 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 83,1 faiz, tikinti gipsinin istehsalı 33,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 41,6 faiz, tikinti əhənginin istehsalı 29,6 faiz, sementin istehsalı 8,4 faiz, tikinti kərpicinin
istehsalı 16,8 faiz artıb, asfaltın istehsalı isə 43,3 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti