...

Bu sığorta növünü təmin etməyən işəgötürənlər cərimələnir - AÇIQLAMA

İqtisadiyyat Materials 3 Sentyabr 2021 13:19 (UTC +04:00)
Bu sığorta növünü təmin etməyən işəgötürənlər cərimələnir - AÇIQLAMA

Bakı. Çingiz Səfərli - Trend:

İşçi ilə əmək müqaviləsi bağlandıqdan 20 gün ərzində müəssisə bədbəxt hadisədən sığorta haqqında hər hansısa bir sığorta şirkəti ilə müqavilə imzalamalıdır.

Trend xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə deyib. O bildirib ki, bundan sonra qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilə çərçivəsində 1 ay ərzində ödəniş edilməlidir:

"Ödəniş edilmədiyi təqdirdə, müqavilə qüvvədən düşmüş hesab olunur və sistem artıq yeni bildirişlər göndərir. Belə hallar təkrarlandıqda və bir neçə xəbərdarlıq edildikdən sonra işəgötürən sanksiyaya məruz qalır. Aparılan məlumatlandırma tədbirləri çərçivəsində artıq 101 min işçi həmin sığorta növü ilə əhatə olunub. 2 il ərzində 53 faiz artım əldə etmişik. Sistemdəki bütün əmək müqavilələrinin 82 faizi bu sığorta növü ilə əhatə olunub".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti