...

Rusiyadan Azərbaycana ixrac 1 milyard dollar həddini keçib

İqtisadiyyat Materials 13 Sentyabr 2021 20:20 (UTC +04:00)
Rusiyadan Azərbaycana ixrac 1 milyard dollar həddini keçib

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yanvar-iyun aylarında Rusiyanın Azərbaycana ixracı 1 milyard dollar həddini keçib.

Bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.

Hesabat dövründə Rusiyadan Azərbaycana azot gübrələrinin tədarükü 2,5 dəfə, minik avtomobillərinin ixracı 144,2 faiz, qara metal konstruksiyaların ixracı 116,9 faiz, günəbaxan yağının ixracı 2 dəfəyə yaxın, soyuducu avadanlığın ixracı 69,5 faiz, telekommunikasiya avadanlıqlarının tədarükü 62,3 faiz artıb.

Eyni zamanda, 2021-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana qeyri-xammal qeyri-enerji ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti