...

Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb

İqtisadiyyat Materials 22 Sentyabr 2021 16:21 (UTC +04:00)
Rusiyada Ai-95 markalı benzinin qiyməti rekord həddə bahalaşıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada "Premium-95" (Ai-95) markalı benzinin qiyməti birjalarda tarixi rekordu yeniləyib.

Trend-in məlumatına görə, benzinin qiyməti bu gün 0,6 faiz artaraq, bir ton üçün 60 min rublu (824 dollar) ötüb.

Sonuncu dəfə Aİ-95 60 min rubl həddini iyulun 22-də keçmişdi. Qeyd olunur ki, bu markanın qiyməti sentyabrın 15-dən bahalaşmağa başlayıb. Bu müddət ərzində qiymət 3,2 faiz artıb

Eyni zamanda, Rusiya birjalarında Ai-92 markalı qiyməti də 0,2 faiz bahalaşaraq 56 min rublu keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti