...

Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri ilə müzakirə ediləcək məsələlər açıqlanıb

İqtisadiyyat Materials 29 Sentyabr 2021 12:27 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri ilə müzakirə ediləcək məsələlər açıqlanıb

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri çərçivəsində iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bir sıra məsələlər müzakirə olunacaq.

Trend-in məlumatına görə, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

O bildirib ki, İ.Qaribaşvilinin Azərbaycana əvvəlki səfəri zamanı iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin bərpası barədə razılıq əldə edilimişdi, bu səfər zamanı isə tərəflər iqtisadi əməkdaşlıq hədəflərini və vacib enerji layihələrini müzakirə edəcək.

D.Zalkalianinin sözlərinə görə, səfər zamanı ticari-iqtisadi münasibətlər və nəqliyyat-logistika sahəsində mövcud infrastruktur müzakirə olunacaq.

Twitter: @Mila61979356

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti