Bakı. Elçin Mehdiyev - Trend:
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 5,6 dəfə artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan dövr ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 156,8 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 53,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 13,6 faiz artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 5,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 75,2 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 41,6 faiz artıb.