Bakı. Humay Ağacanova - Trend:
Bu ilin sentyabr ayında yaşa görə pensiya alanların ümumi sayı 709 min nəfərdən çox olub.
Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, onların 39,7%-ni kişilər, 60,3%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.
Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.