...

Bu il Neft Fondundan büdcəyə transfertlər tam istifadə olunmayıb - Samir Şərifov

İqtisadiyyat Materials 16 Noyabr 2021 11:33 (UTC +04:00)
Bu il Neft Fondundan büdcəyə transfertlər tam istifadə olunmayıb - Samir Şərifov

Bakı. Elçin Mehdiyev – Trend:

Dünya bazarında neftin qiymətinin proqnozlaşdırılandan yüksək olması Dövlət Neft Fondunun və dövlət büdcəsinin gəlirlərinin artmasına imkan yaradıb.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, cari ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər tam istifadə olunmayıb və bu da növbəti ildə Neft Fondundan transferti azaltmağa imkan verir.

S.Şərifov əlavə edib ki, Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri geridə qoyub. Onun sözlərinə görə, Azərbaycan pandemiyanın səbəb olduğu iqtisadi azalmanı bu ilin sonuna qədər bərpa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti