...

Azərbaycanda 2022-2023-cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb

İqtisadiyyat Materials 30 Noyabr 2021 11:05 (UTC +04:00)
Azərbaycanda 2022-2023-cü illərdə neft hasilatı üzrə proqnozlar açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

2022-ci ildə Azərbaycanda neft hasilatı orta hesabla 605 min barel/sutka səviyyəsində proqnozlaşdırılır, 2023-cü ildə isə bu göstərici 570 min barel/sutkayadək azalacaq.

Trend bu barədə ABŞ-ın "JP Morgan" bankının hesabatına istinadən məlumat verir.

2022-ci ildə rüblük hasilat hər rübdə 605 min barel/sutka həcmində proqnozlaşdırılır.

Proqnozlara əsasən, 2023-cü ildə Azərbaycan neft hasilatı birinci rübdə 601 min barel/sutka, ikinci rübdə 579 min barel/sutka, üçüncü rübdə 559 min barel/sutka, dördüncü rübdə isə 541 min barel/sutka təşkil edəcək.

Qeyd edək ki, 2021-ci ilin birinci rübündə hasilat sutkada 593 min barel, ikinci rübdə 598 min barel, üçüncü rübdə 596 min barel təşkil edib. Bu göstəricinin dördüncü rübdə 600 min barelədək yüksələcəyi proqnozlaşdırılır.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti