...

Türkiyədən Gürcüstana işləmək üçün gedənlərin sayı artıb

İqtisadiyyat Materials 7 Dekabr 2021 10:38 (UTC +04:00)
Türkiyədən Gürcüstana işləmək üçün gedənlərin sayı artıb

Bakı. Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Türkiyə vətəndaşlarının işlə təmin olunmaq üçün Gürcüstana səfərlərinin sayı əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Trend-ə Türkiyə Məşğulluq Xidmətinin Baş İdarəsində (İŞKUR) deyiblər.

Qeyd olunan dövr ərzində İŞKUR vasitəsilə Gürcüstana səfər edən Türkiyə vətəndaşlarının sayı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 49,3 faiz artaraq 109 nəfər təşkil edib.

Ümumilikdə hesabat dövründə İŞKUR vasitəsilə 11 688 Türkiyə vətəndaşı xaricə səfər edib ki, bu da 2020-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 24,7 faiz çoxdur.

Oktyabrda İŞKUR vasitəsilə 123 317 Türkiyə vətəndaşı işlə təmin olunub.

İşlə təmin olanların ümumi sayının 37,9 faizini qadınlar, 62,1 faizini kişilər təşkil edib. Eyni zamanda, müraciət edənlərin 98,8 faizi özəl sektorda işə düzəlib.

2021-ci ilin oktyabr ayında Türkiyədə işsizlərin sayı 3,122 milyon nəfər olub ki, bunun da 49,2 faizi qadınlar, 50,8 faizi kişilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti