...

Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir

İqtisadiyyat 25 Yanvar 2022 12:49
Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan və İran sərhəd-keçid rejimini sadələşdirə bilər.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib.

"Hesab edirəm ki, yeni sənaye zonaları və parklarının yaradılması, ticarət potensialının artırılması imzalanacaq sənəddə öz əksini tapacaq. Münasibətlər hər iki ölkənin maraqları nəzərə alınmaqla inkişaf etdiriləcək. Bundan başqa ölkələrimiz arasında sərhəd-keçid rejiminin sadələşdirilməsi məsələsi nəzərdən keçirilir. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı potensial var", - deyə nazir bildirib.

O əmin olduğunu bildirib ki, Azərbaycanla İran arasında əməkdaşlıq artan xətlə inkişaf edəcək:

"Biz Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlərin şahidi olmuşuq. Bugünkü səfər gələcəkdə müvafiq əməkdaşlıq sənədlərinin imzalanması üçün təməl yaradıb. Ölkələrimiz arasında mövcud tranzit potensialı inkişaf etdirilir və Astarada inşa olunacaq avtomobil körpüsü bu potensialı daha da genişləndirəcək", - nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti